Sultan

Təhlükəsiz Gələcək!

Şirkətimiz təmizlik məhsulları sahəsində fəaliyyət göstərir və müştərilərin tələblərinə uyğun keyfiyyətli məhsullar təklif edir. İnnovativ texnologiyalardan istifadə edərək, müştərilərimizin təmizlik təcrübəsini artırmaq üçün fəaliyyət göstəririk.

Sultan yuyucu vasitələrinin keçmişdən bugünə hekayəsi

Bizim hekayəmiz 2013-cü ilin yaz aylarında Türkiyə Respublikasının, İstanbul şəhərinin, Sultançiftliyi rayonunda başlayır. Bizə doğma olan qardaş ölkənin kimyəvi yuyucu vasitələrinin emal və istehsal müəssisələrində çox saatlıq iş görüşmələri, təcrübə mübadilələri, istehsalın idarə olunması kurslarından sonra həmin ilin yay aylarında Azərbaycan Respublikasının, Bakı şəhərində 100% yerli investisiya hesabına Sultan kimyəvi yuyucu vasitələri şirkətini təsis edib ilk istehsal xəttimizi istismara verdik və beləliklə hekayəmizi fəaliyyətimizin hər günü Siz əziz müştərilərimizə layiq olmaq üçün durmadan vicdanla, məsuliyyətlə, əzmkarlıqla, halal və sağlam qərarlar verərək yazırıq. Hər keçən gün dəyişən rəqabət mühitində yeniliklərə açıq olan ixtisaslı və təcrübəli kadr bazamızın daim bilik və bacarıqlarının davamlı inkişafını, Dünya və Azərbaycan Respublikasının standartlarına uyğun mal və məhsul çeşidlərinin qiymət və dəyər prinsipləri üzərindən balanslı yanaşılmasını, keyfiyyətli xidmət ilə müştəri məmnuniyyətinin əldə edilməsini strategiyamızın əsas amilləri kimi müəyyənləşdirmişik. Təcrübəli satış nümayəndələrimiz geniş məhsul çeşidlərilərimizdən Siz əziz müştərilərimizin istəyinə uyğun seçim edilməsinə dəstəyi və təyin olunmuş təslimat ünvanına vaxtında çatdırılmasını məsuliyyətlə həyata keçirməsi hər zaman Bizi rəqiblərimizdən fərqləndirən əsas səbəblərdəndir. Ölkəmizin daxili istehsalında bizim də kiçik töhfəmizin olmasından və sizlərə xidmət etməkdən qürur duyuruq!!!

Musayev Orxan